Interposta.Info

Moskva KTMT çərçivəsində Azərbaycan və Ermənistana kömək təklif etdi

Siyasət
 19-05-2021, 11:24     519

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın KTMT çərçivəsində Azərbaycana və Ermənistana sərhəd məsələsində yardım təklif etdiyini bildirib.

"İnterPosta"MK.ru-ya istinadla xəbər verir ki, təklif xüsusilə Qaragöl münaqişəsinə aiddir. Rusiya, Moskvanın vasitəçi kimi çıxış edəcəyi Ermənistan-Azərbaycan sərhəd demarkasiya komissiyası yaratmağı təklif edir.

Xatırladaq ki, İrəvan mayın 12-də Azərbaycan qoşunlarının "saxta xəritələrdən istifadə edərək sərhədi çəkmək bəhanəsi ilə” Ermənistan ərazilərinə soxulduğunu bildirib. "Azərbaycanın təcavüzkarlığını dayandırmaq” üçün Ermənistan hakimiyyəti KTMT-yə müraciət edib.

Azərbaycan ortada xüsusi bir şey olmadığını bildirib və KTMT-yə müraciəti əsassız saydığını bəyan edib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26