Interposta.Info

Erməni politoloqlardan

Müxtəlif
 9-02-2017, 13:18     633

 Erməni politoloqlardan

Onlar bunu Rusiya-Belarus arasındakı münasibətlərin pisləşməsinin doğurduğu nəticə, Bakı və Minsk arasındakı yaxınlaşmanın simvolu hesab edirlər
Blogçu Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi Ermənistan siyasətini əsas gündəm maddəsinə çevrilib.

Rəsmi məqamlardan Belarusa qarşı hiddət və qəzəb dolu açıqlamalar gəlsə də, hələlik nə dövlətlə, nə də onun rəhbəri Lukaşenko ilə bağlı kəskin ifadələr işlədilmir.
Bu cəhətdən Ermənistan politoloqları özlərini daha sərbəst hiss edirlər.

Musavat.com Ermənistan mətbuatına istinadən erməni ekspertlərinin rəylərini təqdim edir.
Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, Aleksandr Lapşinin ekstradisiyası Rusiya-Belarus münasibətlərinin pisləşməsini nəticəsidir. O, hər iki ölkə arasında enerji daşıyıcılarının tədarükü ilə bağlı razılığa gəlmədiyini qeyd edərək, Minskin Azərbaycandan neft tədarükünü kompensasiyası olaraq istifadə edə biləcəyini göstərib.

“Belarus Rusya ilə rəqabətdə bütün arenalardan, o cümlədən KTMT-dən istifadə edir. Rəsmi Minsk Rusiya ilə qarşılıqlı münasibətlərdə əlverişli şərtlərə nail olmaq naminə hər cür cığallığı etməyə hazırdır. Bu cəhətdən Lapşin işi hüquqi deyil, Rusiya-Belarus münasibətlərindəki siyasi problemin tərkib hissəsidir”- İsgəndəryan qeyd edib.

Erməni politoloq Belarus hakimiyyətini blogçu işindən Rusiyaya qarşı şantaj kimi istifadə etdiyinə əmin olduğunu ifadə edib.

Rusiyanın ermənipərəst “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov da Aleksandr Lapşinin Bakıya ekstradisiya məsələsini Rusiya-Belaras münasibələrinin pisləşməsi nəticəsində baş verdiyini düşünür.

Politoloq Ermənistan mətbuatına verdiyi müsahibədə Minskin bu addımının Rusiya-Belarus sazişinin prinsiplərinə zidd olduğunu və Belarusun faktiki olaraq Avrasiya İqtisadi İttifaqı və Kolletktiv Təhlükəsizlik Müqavilə Təşkilatından çıxdığını söyləyib.

“Lukaşenkonun bu hərəkəti Rusiyanın sifətinə vurulmuş şillədir və Moskvanın buna qarşı təsir etmək imkanı yoxdur”,- Modest Kolerov müsahibəsində qeyd edib.

Lapşinin işi üzrə qərarın Rusiya-Belarus münasibətlərinin pisləşməsi ilə əlaqədar verilməsi fikri ilə Ermənistanın Qlobalizasiya və regional əməkdaşlıq mərkəzinin direktoru Stepan Qriqoryan da razılaşır.

O, Belarusun Azərbaycanın simasında enerji sahəsində alternativ parnyor tapdığını söyləyib.
“Belarus hakimiyyəti minnətdarlıq qismində Azərbaycanı Emrənistanın zərərinə olan məsələlərdə dəstək verməyə başlayıb. Bunu Misnksin Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi vəzifəsinə seçilməsinə əngəl törətməsindən görmək olar.

Eyni şeyi Rusiya blogçusunun Azərbaycana ekstradsiyası məsələsi ilə bağlı söyəmək mümkündür. Bu Azərbaycanna iqtisadi və enerji yardımına görə edilən bir təşəkkürdür”,- Qriqoryan bildirib.

Siyasi və beynəlxalq araşdırmaıar mərkəzinin eksperti Ruben Mehrabyan isə ilk növbədə Alkesandr Lukaşenkonun Azərbaycanda təltif olunduğu “Heydər Əliyev” ordeninə diqqət çəkib.

“Budur, o, artıq bunun əvəzini ödəyir. Lapşinin ekstradisiyası Azərbaycan-Belarus yaxınlaşmasının simvoludur”, - Mehrabyan qeyd edib.

Erməni politoloqlarının rəyinə görə, Ermənistanın Lapşşin işinə təsir imkanları hələ var.
“Lapşinlə bağlı situasiyada Ermənistan oprativ davranaraq bloggerin məsələsini beynəlxalq arenalarda qaldırmalı idi,- Stepan Qriqoryan bildirərək Ermənistan hakimiyyətini tənqid edib:
“Ermənistan hakimiyyəti Lapşinn ekstradisiyası məsələsində etiraz etməkdə gecikib. Məsələn, Lapşinin həbsindən dərhal sonra Belarusun hazırda münasibət qurmağa çalışdığı Avropa Birlyi ilə əlaqəyə keçək lazım idi. Bundan başqa, KTMT-nin fövqaladə iclasını çağırmaqla Rusiya vasitəsilə Belarus hakimiyyətinə təsir göstərmək olardı”.

Ruben Mehrabyanın fikrincə isə, Ermənistan 2012-ci ildə Ramil Səfərovu Azərbaycana təhvil verən Macarasıtanla olduğu kimi, Belorus respublikası ilə diplomatik münasibətləri kəsməli idi.

“Ermənistan Belarus məhsullarının idxalına embarqo qoymalı və Belarusu beynəlxalq birlik tərəfindən turizm üçün arzuolunmaz ölkələr siyahısına salınmasına nail olunmalıdır. Bundan başqa, Emrənistan Belarus ilə birlikdə olduğu bütün təşkilatlarda üzvlüyü dayandırmalıdır”, - ekspert bildirib.

“Bundan sonra Dağlıq Qarabağa baş çəkən xarici vətəndaşlar Belarusa getməyə qorxacaqlar”, - Aleksandr İsgəndəryan qeyd edib.

Stepan Qriqoryan isə Lapşinin ekstradisiyasının Dağlıq Qarabağı ziyarət etmək istəyənlərin sayını azaldacağını bildirib.

“Əvvəllər Qarabağı ziyarət edənlər sadacə Azərbaycanın qara siyahısına düşəcəyini bilirdilər. İndi Dağlıq Qarabağın müstəqillik hüququna malik olduğunu iddia edən şəxslər oraya getməzdən əvvəl min dəfə fikirləşməli olacaqlar”, - ekspert narahatlığını dilə gətirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26