Interposta.Info

XİN: İsrail Aleksandr Lapşinin əfv edilməsinə dair qərarı alqışlayır

Müxtəlif
 12-09-2017, 07:28     9 637

İsrail Xarici İşlər Nazirliyi Azərbaycanın bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır.

APA-nın məlumatına görə, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.

“Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq. Onu tezliklə İsraildə görməyə şad olacağıq", deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, həbsdə olduğu müddət ərzində İsrail diplomatları A.Lapşinə müvafiq dəstək göstəriblər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26