Interposta.Info

Lukaşenko

Gündəm
 8-02-2017, 11:07     758

Lukaşenko

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası uğurumuzdur.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən blogger Aleksandr Lapşinin Bakıya təhvil verilməsi ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan və Belarus prinsipiallıq nümayiş etdirdi:

“Belarus prezidentinə xüsusi təşəkkür düşür, sağ olsun, Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərdən yönələn təzyiqlərinə qurban vermədi. Aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq. Ancaq vacibdir ki, Lapşinin məhkəməsi olsun və o cəzasının önəmli hissəsini həbsxanada keçirsin ki, bu da Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara dərs olsun”.

Politoloq onu da qeyd edib ki, əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, onda o, vaxtından əvvəl azad edilə bilər:

“Dağlıq Qarabağda iki azərbaycanlı girovun geri qaytarılması üçün müraciət etmədiyimiz ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmadı, ancaq İrəvan geri addım atmır, Moskva isə vassalına güldən ağır söz demir. Belə isə biz niyə Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməliyik? Yox, əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, bu, başqa məsələ. Ancaq bu olmadan Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır. Şübhə etmirəm ki, Rusiya Azərbaycan hakimiyyətindəki “5-ci kolonunu” da hərəkətə gətirməyə çalışacaq”.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin dünən Bakıya təhvil verilib.

A.Lapşinin ekstradisiyası Ali Məhkəmənin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib və o, artıq Azərbaycandadır.

Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26

OXŞAR XƏBƏRLƏR

Rus səfir:
20:03
2017.02.13
Erməni politoloqlardan
13:18
2017.02.09
Lukaşenko:
20:06
2017.02.03
Lapşinin anası
11:26
2017.01.21
Lapşin məsələsi:
14:09
2017.01.20