Interposta.Info

Lukaşenko Putindən küsdü, Çini təcili tərk etdi

Dünya
 27-04-2019, 12:29     10 478

Belarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Çindəki “Bir qurşaq, bir yol” konfransını tərk edib.

Bu məlumat Teleqram sosial şəbəkəsindəki “Rasstriqa” kanalında yayımlanıb.

Bildirilib ki, Lukaşenkonun Çini tərk etməsinə səbəb onunla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan gərginlik olub. Vəziyyət o həddə çatıb ki, Lukaşenko Çindəki heç bir rəsmi görüşünü gözləməyib.

“Rasstriqa” kanalı Putinlə Lukaşenko arasında münasibətlərin gərginləşməsinə səbəb kimi Rusiya Prezidentinin Belarus lideriylə görüşdən imtina etməsini göstərib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26