Interposta.Info

Lukaşenko:

Dünya
 1-01-2017, 21:18     858

Lukaşenko:

Belarus Prezidenti Aleksandr Lukaşenko İstabulda baş verən terror olayına görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Lukaşenko telefon əlaqəsi zamanı bənzər olayların qarşısını almaq üçün güclü həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb.

“Baş verən vəhşi olay bizləri şoka saldı. İnsanları kütləvi şəkildə qətlə yetirərək cəmiyyətdə vahimə yaratmaq istəyi heç bir çərçivəyə sığmır. İstanbuldakı terror hadisəsində hədəf məhz cəmiyyəti qorxutmaq idi”, - Lukaşenko bildirib.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26