Məhərrəm ayı başladı

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.
"İnterPosta" xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26