Ötən il işğaldan azad olunmuş ərazilərə nə qədər pul ayrılıb?
"İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb".
Goldmedia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ayrılan vəsaitin 4 milyard manatı infrastruktur təyinatlı layihələrin, 440 milyon manatı sosial təyinatlı layihələrin, 10 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.\qaynarinfo.az
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




