Interposta.Info


Kabus başlamadan bitdi? - Hantavirusla bağlı vəziyyət tablo açıqlandı

İqtisadiyyat
 Bu gün, 17:33     36

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Niderland bayrağı altında üzən "MV Hondius” sərnişin gəmisində qeydə alınan hantavirus halları ilə bağlı son vəziyyəti açıqlayıb. O bildirib ki, 2 maydan bu yana virusa bağlı yeni ölüm halı qeydə alınmayıb.
Goldmedia.az  xəbər verir ki, Qebreyesus dünya gündəminə çevrilən hantavirus yoluxmaları ilə bağlı yeni məlumatlar paylaşıb. O, 10 iyun tarixinə olan məlumata əsasən ümumi yoluxma sayının 13 olduğunu, bunlardan 3-nün ölüm ilə nəticələndiyini bildirib.
Sosial media hesabında açıqlama verən Qebreyesus Britaniyanın xarici ərazilərindən biri olan Tristan da Kunhada, daha əvvəl virusun yayıldığı ehtimal edilən "MV Hondius” gəmisində yoluxma riski daşıdığı düşünülən bir şəxsdə təsdiqlənmiş yoluxma halı aşkar edildiyini qeyd edib.
Qebreyesus "10 iyun tarixinə olan vəziyyətə əsasən ümumi yoluxma sayı 13 olaraq qalır və bunlardan 3-ü ölüm ilə nəticələnib” ifadəsini işlədib. O, 2 maydan bəri yeni ölüm hadisəsinin qeydə alınmadığını da vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl etdiyi açıqlamada, Argentinadan yola çıxaraq 10 mayda İspaniyaya bağlı Kanar adalarındakı Tenerife limanında sərnişinlərin təxliyə edildiyi "MV Hondius” gəmisində hantavirus hallarının arta biləcəyini, lakin hazırkı mərhələdə genişmiqyaslı epidemiya riski görmədiyini bildirmişdi.
Hantavirusun əsas daşıyıcılarının gəmiricilər olduğu bilinir. Virus adətən gəmiricilərin nəcis, sidik və tüpürcəkləri ilə çirklənmiş havanın nəfəs yolu ilə daxil olması nəticəsində insana yoluxur. Daha nadir hallarda isə gəmirici dişləməsi və ya cırmaqlaması ilə keçə bilər.
Xəstəliyin əlamətləri arasında qızdırma, yorğunluq və əzələ ağrıları yer alır. Ağır hallarda isə tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək çatışmazlığı kimi ciddi fəsadlar yarana bilər.
Goldmedia.az 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26