Interposta.Info


Rejissor atasını və anasını öldürdü, indi də miraslarını tələb etdi

Ölkə
 Bu gün, 17:30     39

Keçən ilin sonunda baş verən və Hollivudu sarsıdan cinayət hadisəsinin detalları üzə çıxmağa davam edir.
Goldmedia.az  xəbər verir ki, məşhur rejissor Rob Reyner və həyat yoldaşı, prodüser və fotoqraf Mişel Sinqer Reyner 14 dekabr 2025-ci ildə Los-Ancelesdəki Brentvud rayonunda yerləşən evlərində bıçaqlanmış halda tapılıblar.
İlkin araşdırmalardan sonra cinayətin əsas şübhəlisi kimi onların oğlu Nik Reyner müəyyən edilib və o, hadisədən qısa müddət sonra həbs olunub. Hazırda həbsdə olsa da, ittihamları qəbul etmir.
Məhkəmə prosesi davam edərkən mediaya çıxan yeni məlumatlar geniş rezonans doğurub. Bildirilir ki, Nik Reyner valideynlərini öldürməkdə ittiham olunsa da, onların əvvəlcədən onun üçün yaratdığı etibar fondundan 1,5 milyon dollar vəsait tələb edib. Vəsaitin məqsədinin hüquqi müdafiəsini maliyyələşdirmək olduğu iddia edilir.
Məlumata görə, sözügedən fond ailənin üç övladı üçün yaradılıb və Nik Reyner 30 yaşına çatdıqda vəsaitin yarısını, 35 yaşında isə qalan hissəsini əldə etməli idi. Lakin hazırda bu vəsaitə çıxışı yoxdur.
Hüquqi sənədlərdə onun bu pulu əldə etmək hüququ olsa belə, valideynlərini öldürdüyü sübuta yetirilərsə, mirasdan məhrum edilə biləcəyi qeyd olunur.
Məhkəməyə təqdim edilən sənədlərdə isə "Nik valideynlərini sevirdi və onların ölümü onu sarsıdıb, lakin hadisənin detalları bu miras işində əsas müzakirə mövzusu deyil” ifadəsi yer alıb.
Onun ilkin vəkili Alan Cekson maliyyə səbəblərinə görə işdən çəkilib, müdafiə isə dövlət vəkili Kimberli Qrinə həvalə olunub. Müdafiə tərəfi bildirir ki, tələb olunan vəsait Nik Reynerin həbsxanada əsas ehtiyaclarını qarşılamaq və hüquqi müdafiəsini təmin etmək üçün lazımdır.
Məlumatlara görə, iş üzrə ölüm cəzası ehtimalı da gündəmdədir. Lakin cinayətin motivi və bir çox detalları hələ də istintaq sirri olaraq qalır.
Qeyd olunur ki, Rob Reyner və Mişel Sinqer Reyner uzun illərdir Hollivudun tanınmış simalarından olub. Onların oğlu Nik Reynerin isə əvvəldən psixoloji problemlərlə üzləşdiyi və ailə daxilində gərgin münasibətlərin olduğu bildirilir/qaynarinfo.az
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26