Interposta.Info

ANAMA-dan 1,6 manatlıq şirkətə 700 min manatlıq sifariş

İqtisadiyyat
 Bu gün, 18:29     40

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Kəlbəcər mobil düşərgəsinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 701 426,16 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 28 avqust 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. Qanuni təmsilçi Abıyev Zaur Niyaz oğludur.
Açıq mənbələrdə şirkət barədə əlavə məlumatlara rast gəlinmir. Zaur Abıyevin adı isə "MTN işi” ilə bağlı materiallarda keçir və həmin iş çərçivəsində onun zərərçəkmiş qismində qeyd olunduğu bildirilir.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Elnur-2” şirkəti ötən il 10 tenderin qalibi seçilib. Bu tenderlər satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 189 641,85 manat təşkil edir.
Yeri gəlmişkən, şirkət ötən il ANAMA-ya məxsus qeyri-yaşayış sahəsinin (qazanxana) qazlaşdırılması işlərinin satın alınması ilə bağlı tenderinin qalibi seçilib.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26