Interposta.Info

İsmayıllıda minik avtomobilinin mühərrik hissəsi yanıb

Ölkə
 Bu gün, 09:38     92

İsmayıllı rayonunda minik avtomobilində yanğın hadisəsi baş verib.
Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Yuxarı Baş kəndində qeydə alınıb.
İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə daxil olan məlumat əsasında dərhal hadisə yerinə yanğınsöndürən qüvvələr cəlb olunub.
Məlumata görə, 1987-ci il təvəllüdlü Süleymanov Səbahi Azrail oğluna məxsus, 31-BG-375 dövlət qeydiyyat nişanlı VAZ-21015 markalı minik avtomobilinin mühərrik hissəsində yanğın baş verib.
Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi sayəsində nəqliyyat vasitəsinin digər hissələri yanğından mühafizə olunub və alovun genişlənməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26