18 il axtarışda idi: Yusif Əliyev Sankt-Peterburqda saxlanıldı
Rusiyanın Sankt-Peterburq şəhər hüquq-mühafizə orqanları 18 ildir axtarışda olan azərbaycanlı "qanuni oğru" Yusif Əliyevi saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” nəşrinə şəhər üzrə Rusiya DİN Baş İdarəsindəki mənbə məlumat verib.
54 yaşlı Yusif Əliyev 2008-ci ildən etibarən bir neçə maddə üzrə, o cümlədən iki və ya daha çox şəxsin qətlinə görə beynəlxalq axtarışda olub.
Yusif Əliyev 9 iyun səhər saatlarında Makarov sahilində yerləşən bir evdə saxlanılıb. Ona "cinayət iyerarxiyasında ali mövqe tutma” maddəsi də daxil olmaqla ittihamlar irəli sürülüb. Bu maddə üzrə maksimal cəza 15 ilədək azadlıqdan məhrumetmədir.
2009-cu ilin martında Yusif Əliyev və daha üç "qanuni oğru” Moskvanın restoranlarından birində keçirilən görüş zamanı tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılmışdı. Həmin vaxt onunla birlikdə azərbaycanlı cinayət qruplarının liderləri Əlibala Həmidov və Məmməd Hüseynov, həmçinin Gürcüstandan olan Timuraz Faroian da saxlanılmışdı. Saxlanmadan qısa müddət sonra Yusif Əliyev sərbəst buraxılmış və daha sonra gizlənmişdi.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




