Kəndlilər Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirliyə müraciət edir - VİDEO
Bərdə rayonunun Xanağalı kəndinin bir qrup sakini Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirliyə müraciət edib.
Bir surəti Goldmedia.az-a göndərilən məktubda deyilir.
Prezident İlham Əliyev cənabları 07 mart 2025-ci ildə Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb. İmzalanan sərəncamla bağlı qeyd olunan yollara hələ ki, asfalt örtüyü vurulmasa da, Bərdə rayon Yol İdarəsi indiyədək bir sıra işlər həyata keçirib. Lakin yol çəkilişini həyata keçirən İdarə Bərdə rayonunun Xanağalı kəndində 2015-ci ildə İlham Əliyev cənablarının daha bir sərəncamı ilə qazılan su quyusundan çıxan suyun axınının qarşısını bağlayıb.
Belə ki, hazırda kənd sakinləri və eyni zamanda ətraf kəndlərin sakinlərinin də istifadə etdiyi, 24 saat öz axımı ilə fəaliyyətdə olan içməli su quyusundan çıxan su təxminən 100 metr axdıqdan sonra asfaltlama işləri nəzərdə tutulan yolun altına atılmış borudan keçərək su arxına tökülür. Bu boru 10 il əvvəl yola sakinlər tərəfindən salınıb. Uzunluğu təxminən 4-5 metr olan bu borunun diametri kiçik, çürümüş və bir neçə calaqdan ibarətdir.
Yolda təmir işləri aparan təşkilat bir çox yerlərdə yoldan keçən boruları yenisi ilə əvəz etsə də təəssüf ki, bu boruya toxunmamış, əksinə qravil örtüyü və ağır texnikalar ilə borunu daha da bərbad hala salmışlar.
Hazırda artezian quyusundan axan su təbii olaraq gedib arxa tökülmədiyi üçün bir neçə sakinin evini qəzalı vəziyyətə salıb. Problem günü-gündən daha da böyüməkdədir. Dəfələrlə yolda təmir işləri aparan idarənin rəhbər şəxslərinə sakinlər tərəfindən problem deyilsə də, onlar bu borunun layihədə dəyişilməsinin nəzərdə tutulmadığını bildirirlər.
Əgər Yol İdarəsi sözügedən 100-120 diametrlik uzunluğu 4-5 metr olan bu borunu yenisi ilə əvəz etməsə də gələcəkdə sakinlərə dəyən ziyanla yanaşı, eyni zamanda yeni inşa edilən yol da ciddi təhlükə ilə üzləşəcəkdir.
Cənab Sədr!
Xahiş edirəm Bərdə rayonunun Xanağalı kəndində Prezident İlham Əliyev cənablarının sərəncamı ilə qazılan artezian quyusundan çıxan suyun axımının təmin olunması məqsədilə cənab Prezidentin 2025-ci ildə imzladığı sərəncamla təəmir olunan yola 5 metrlik yeni su borusunun salınması barədə müvafiq göstəriş verəsiniz.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



