Interposta.Info

57 İllik həsrətin göz yaşları: Vağazin kəndinə tarixi qayıdış - VİDEO

Manşet / Paradoks
 Dünən, 22:49     325

Uzun illərin ayrılığından sonra doğma torpağa qovuşmaq Lalə Rüstəm qızı Bəkirovaya da qismət oldu. Lalə müəllimə tam 56 ildən sonra uşaqlığının keçdiyi, valideynlərinin izi qalan Laçın rayonunun Vağazin kəndinə geri döndü.
Bu qayıdış həm də bir tarixin və fədakar müəllim ömrünün ziyarəti idi. Lalə xanımın atası Rüstəm Həsənov əslən Qazax rayonunun Aşağı Əskipara kəndindən olsa da, 1955–1969-cu illərdə Vağazin kənd orta məktəbində müəllim və direktor kimi şərəfli bir yol keçmişdi. O, həyat yoldaşı Lüba müəllimə ilə birlikdə bu kənddə yüzlərlə gəncin gələcəyini işıqlandırmışdı.
"Atası Rüstəm müəllimin və anası Lüba müəllimənin əziz xatirəsi sanki dərs dedikləri məktəbin uçmuş, dağılmış daşları altında qalmışdı."
Dağıdılmış Kənddən silinməyən İzirlər
Erməni vandallarının xarabalığa çevirdiyi kəndi, yerlə-yeksan edilmiş orta məktəbi və qurumamış çeşmələri görən Lalə müəllimə duyğularını göz yaşları ilə ifadə etsədə həyat yoldaşı Elxan müəllimlə tez-tez doğulduğu kəndlə bağlı xatirələrini danışırdı. Hər nə qədər binalar dağılsa da, Rüstəm və Lüba müəllimənin Vağazin torpağına əkdiyi elm və maarif toxumları, eləcə də onların əziz xatirəsi bu gün də yaşayır və kəndin dirçəlişi ilə yenidən canlanır.

Goldmedia.az Laçın rayon Vağazin kəndindən hazırlanan reportajı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26