Interposta.Info

Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar

Müxtəlif / Manşet
 7-10-2019, 22:30     11 418

Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində olan Vağazin kəndi təxminən rayon mərkəzindən 41 km şimal-qərbdə yerləşir. Kənd Ərdəşəvi çayının sahilində Qarabağ silsiləsinin yamacındadır. Vağazin kəndi Kiçik Qafqaz sıra dağ massivində, Qırxqız dağının ətəyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ölkəmizin qədim tarixə malik kəndlərindən biri olan Vağazin kəndinin adı bir rəvayətə görə şəxs, digər rəvayətə görə isə quş (vağ) adındandır. Bəzi məlumatlara görə isə kəndin digər adı Şorcur (Şorsu) olmuşdur. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” adlı kitabdan: – Oykonim vaqa (kömür) və zin (İran dillərində “di”-nin sinonimi kimi yer mənasını bildirir) komponentlərindən düzəlib, “kömürçü kəndi” mənasındadır. Bəzi fikirlərə görə Vağazin sözu “kömürlü torpaq” deməkdir. Ərazisində məbəd olan Vağazin kəndində Alban dövrünə aid abidələr onlarcadır.

Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar


Qarabağ və ətraf rayonlarda gedən məlum QARABAĞ MÜHARİBƏSİNDƏ Laçın rayon Vağazin kəndi 11 şəhid verib.

Bu, kəndin sakinləri türk soylu olması hərzaman özünü göstərmişdir. Necə ki, 1918-ci ildə Sultan bəy Paşa bəy oğlu ilə birlikdə erməni silahlı dəstələrinə qarşı döyüşmüş və şücaət göstərmişlər.

"İnterPosta.info" olaraq Xaliq Rəşidoğlunun araşdırdığı bir kəndin tarixin və şəhidlərin təqdim edir:

Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar
Türk əsilli bir kəndin şəhidləri və tarixi - Hərzaman vətən üçün mübarizə aparanlar


Vağazin kəndinin tarixi haqqında aşağıdakı yazıda daha ətraflı.

İndiki Türküyə Respubilkası ərazisində “qana düşərək” Cənubi Azərbaycana, oradanda Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna gələn və orada da rahatçılıq tapmayan Şavağat Laçın rayonunun Alqulu kəndinə pənah gətirmişdir. Onun iki övladı olmuşdur. Sonradan Şavağat indiki Vağazin kəndinin ərazisində məskunlaşmış, övladları Alqulu və Allahverdi tərəfindən Vağazin kəndinin bünövrəsi qoyulmuşdur. Şavağat Alqulu kəndinin sakinlərindən hörmət gördüyünə görə böyük oğlunun adını Alqulu qoymuşdur.

Soy-kökü "Səlcük Türk"lərindən olan Şavağatın özündən sonraki nəsil səcərəsi:

Şavağatın böyük oğlu Alqulunun övladları: Novruz, Zılxıvar (Zülfüqar), Avaz, Hüseyn.
Şavağatın ikinci oğlu Allahverdinin övladı: Allahverdi.
Şavağatın oğlu Allahverdi Laçın rayonunun Bülövlük kəndindən Qara Murtuza bəyin bacısı Səlciy xanımla ailə həyatı qurmuşdur. Allahverdi ailə həyatı qurduqdan bir neçə ay keçdikdən sonra dünyasını dəyişmişdir. Allahverdi dünyasını dəyişərkən yoldaşı Səlciy xanım hamiləymiş. Yoldaşının olümündən sonra Səlciy xanım qardaşı Qara Murtuzanın yanına qayıtmış və dünyaya gəlmiş oğluna öz ərinin adını qoymuşdur – Allahverdi. Bir müddət keçdikdən sonra Allahverdinin böyüdüyünü görən Səlciy xanım Vağazin kəndinə, ailəsinin yurduna qayıtmışdır.
Alqulunun oğlu Novruzun övladları: Oruc, Qasım.
Alqulunun oğlu Hüseynin övladları: Əsəd, Eylas, Ağamməd.
Alqulunun oğlu Zılxıvarın (Zülfüqarın) övladları: İmamverdi, Həsənalı, Hüseynalı.
Alqulunun oğlu Avazın övladları: Nəcəf, Alqulu, İbad, Babaxan.
Allahverdinin oğlu Allahverdinin övladları: Möjdün, Xudaverdi, Şahverdi.
Möjdünün övladları: Haqverdi, Tanrıverdi, İsmayıl, Allahverdi.
Xudaverdinin övladı: Süleyman.
Şahverdinin övladları: Allahverən, Şadman.
Bununla da Şavağat kişinin oğlanları Alqulu və Allahverdi Vağazin kəndinin bünövrəsini qoymuşlar. Vağazin kəndi böyüdükdən sonra Bozgüney və Kalafalıq kəndləri yaranmışdır. Bu üç kəndin sakinləri demək olar ki, eyni nəsildəndir. 1905, 1918-ci illərdə ermənilərlə azərbaycanlıların döyüşlərində Vağazin kənd sakinləri Sultan bəy Paşa bəy oğlu ilə birlikdə ermənilərə qarşı mübarizə aparmışlar.

Sultan bəy Paşa bəy oğlunun Vağazin kəndindən olan silahdaşları:
Hacıyev Aşir Hayistam oğlu, Hacıyev Bəşir Hayistam oğlu, Hacıyev Cavanşir Hayistam oğlu, Hacıyev Bulud Mövlanverdi oğlu, Şahverdiyev Daşdəmir Şahverdi oğlu, Haqverdiyev Güləli Səməd oğlu, Haqverdiyev Lətif Səməd oğlu, Haqverdiyev Qiyas Səməd oğlu, İlyasov Qiyas Məhəmməd oğlu, Əsədov Kazım İsmayıl oğlu, Əsədov Mirzə Kərim oğlu, Xudaverdiyev Kərim Süleyman oğlu, Xudayarov Zılxıvar (Zülfüqar) Sarı oğlu, Quluyev Abbas Əhməd oğlu, İsmayılov Cabbar İsmayıl oğlu (Məşədi), İsmayılov İsa İsmayıl oğlu, İsmayılov Zeynalabdin Musa oğlu, Bayram Tanrıverdi oğlu, Albəndə Tanrıverdi oğlu.
Adları çəkilən insanlar Sultan bəyin yaxın silahdaşları olmaqla yanaşı, kənd camaatından olan yoxsulların acından ölməməsi üçün ermənilərdən əldə edilmiş mal-qara və digər qəniməti kənd əhalisi arasında bölüşdürürmüşlər.
Bu döyüşçülərdən Haqverdiyev Güləli Səməd oğlunun qardaşı Lətif 16 yaşından Güləliylə birgə Sultan bəyin silahdaşlarına qatılmışdı. Ermənilər ilə gedən döyüşlərin birində Lətif aldığı güllə yarasından dünyasını dəyişib. Bundan sonra Güləli çox qəzəblənərək gecəsini-gündüzünü ermənilərlə mübarizəyə həsr edib. Güləlinin anası Güləlidən oğlu Lətifi öldürəni tapıb gətirməsini istəyib. Güləli bir neçə erməni tutub gətirməsinə baxmayaraq anasının oğul həsrətini soyutmayıb, bunları görən Güləli erməni kəndinə gedərək toyu olası ermənini öldürərək xınalı əllərini anasına gətirmişdir. Güləli ömrünü ermənilərlə mübarizəyə həsr etmişdir.

Ermənilərlə gedən döyüşlərin birində Sultan bəy erməni döyüşçülərinin düşərgəsinə namə göndərməliymiş. Bəy döyüşçülərin qarşısına çıxaraq soruşub ki, bu naməni erməni hərbçilərinin düşərgəsinə kim apara bilər? Bu zaman Hacıyev Bulud Mövlanverdi oğlu döyüşçülərin qabağına çıxaraq – “Naməni mən aparacam” – deyir. Sultan bəy naməni erməni sərkərdəsinə verməyi tapşırır. Atlanıb yola çıxan Bulud erməni hərbçilərinin düşərgəsi olan yerə gəlib çatdıqda görür ki, düşərgədə heç kim yoxdur, erməni döyüşçüləri qaçıb gediblər. Bulud bəyə düşərgədən döyüşçülərə aid xaç və digər əşyalar aparır ki, onların həqiqətən də düşərgəni tərk edərək qaçdıqlarını sübut etsin. Bununla da bu döyüşdə ermənilər məğlub olaraq geri çəkilmişlər.

Vağazin kəndində ərəb dilində təhsil alanlar:
Haqverdiyev Məhəmməd Haqverdi oğlu, Qasımov Bayram Əkbər oğlu, Allahverdiyev Bərxudar Məcnun oğlu (şərqşünas).

Təhsilini Şuşa şəhərində alanlar:
Süleymanov Tağı Məhəmməd oğlu, Şadmanov İbadulla Əhməd oğlu (şərqşünas), İsmayılov Cabbar İsmayıl oğlu, Verdiyev Yusif Bayram oğlu, Verdiyev Əbdülmanaf Albəndə oğlu.
Haqverdiyev Məhəmməd Haqverdi oğlu müəllimlik edərək kənd sakinləri Qasımov Bayram Əkbər oğlu, Süleymanov Tağı Məmməd oğlu və digər insanlara ərəb əlifbasında yazıb-oxumağı öyrədirmiş.

Vağazin kəndində xeyriyyə işi görənlər:
İbrahimov Tanrıqulu Alqulu oğlu (Məşədi), Möjdünova Yetər Xudaverdi qızı (Hacı), Allahverdiyev Dünyamalı Haqverdi oğlu (tacir), Haqverdiyev Bulud Mövlanverdi oğlu (tacir), Allahverdiyev Möjdün Allahverdi oğlu.
Vağazin, Bozgüney, Kalafalıq kəndlərində İbrahimov Tanrıqulu (Məşədi) və Möjdünova Yetər (Hacı) yol salmış, körpü tikmiş və kənd camaatının istifadə etməsi üçün su çəkmişlər.
Vağazin, Bozgüney, Kalafalıq kəndlərində Allahverdiyev Dünyamalı Haqverdi oğlu (tacir) və Haqverdiyev Bulud Mövlanverdi oğlu (tacir) bir neçə insanın öz hesablarına dəfn və yas mərasimlərini təşkil etmişlər.
Erməni-müsəlman müharibəsindən qaçqın düşmüş azərbaycanlılar Laçın rayonunun Vağazin kəndindən keçərkən döyüş zamanı aldığı güllə yarasından ölən qaçqını Allahverdiyev Möjdün Allahverdi oğlu öz hesabına müsəlman adəti ilə dəfn etmişdir.
İran atlıları Qarabağa gələrək əhalinin mal-qarasını talan-qarət edərək İrana aparırmışlar. Kalafalıq kənd sakini Allahverdi Qarabağda dostunu ziyarət etməyə gedir, dostu ilə hal-xoş edən Allahverdi onun məyus olduğunu görüb soruşur: – Nə olub?
Dostu Cəfər Allahverdiyə mal-qarasını İran atlılarının yığıb apardığını söyləyir. Dostunu pərişan görən Allahverdi ona deyir ki, səbirli ol, mən sənin heyfini alacam. Allahverdi Araz çayını keçərək İran atlılarının məkanını tapır, onların başçılarının atını qaçırtmaq niyyətinə düşür. Bir neçə gün İranda gecələyən Allahverdi axır ki, iranlı bəyin atını oğurlayarkən bəyin adamları duyuq düşüb hay salırlar. Araz çayına yön alan Allahverdi arxasınca İran atlılarının düşdüyünü görüb, atı daha da sürətli sürməyə çalışır. Atlıların ona yaxınlaşdığını görən at sahibi arxadan var səsi ilə “at oğurlayan köpöyoğlu, atın döşbağını vur, at-atı tutmasın” – deyir. Bunu eşidən Allahverdi qılıncı çəkərək atın döşbağını vurur Araz çayını keçərək Kalafalıq kəndinə gəlir. At sahibinin atının cıdırda basılmaması üçün oğurlanmasına razı olduğunu görən Allahverdi atı iki ay saxladıqdan sonra İrana apararaq bəyə qaytarır. Bəy soruşur ki, sən kimsən, sənlə mənim nə işim? Allahverdi bəyə deyir ki, mənim dostumun mal-qarasını sizin atlılar gətiriblər. Bu səbəbdən də sizin atınızı oğurladım, atınızın cıdırda basılmasına razı olmadığınıza, amma oğurlanmasına razı olduğunuza görə atı qaytardım. Bunu eşidən bəy Allahverdinin dostunun mal-qarasını geri qaytarır və Allahverdiylə dost olur.
Vağazin kənd sakini İsmayılov İsa İsmayıl oğlu 1905-ci ildə erməni-müsəlman müharbəsində yaralanaraq Laçın şəhərində müalicə almağa gedib və orada müalicə ala-ala xalq təbabətilə müalicə etməyi də öyrənmişdir. Sonradan loğman kimi kənd əhalisini təbii bitkilərlə müalicə etmişdir.
Mərkəzi Vağazin kəndi olan Nizami adına kolxozun sədrləri: Verdiyev Yusif Bayram oğlu, Verdiyev Sadıq Bayram oğlu, Haqverdiyev Mövlanverdi Bulud oğlu, Verdiyev Bayram Sadıq oğlu, Mahmudov Kərim Museyib oğlu, Bayramov Şəmistan Yusif oğlu, Mahmudov Mahmud Kərim oğlu, İbrahimov Nüsrəddin Carcis oğlu, Əkbərov Səlim Əkbər oğlu.
Kolxoz sədri Verdiyev Sadıq Bayram oğlu 1941-ci ildən 1960-ci ilə qədər Nizami adına kolxozu Vağazin, Bozgüney, Kalafalıq kəndlərinin əhalisinin köməyi ilə respublikada 2-3-cü yerə qaldırmışdır. Onu da qeyd edək ki, Verdiyev Sadıq çox tələbkar, zirək kolxoz sədri olmuşdur. II Dünya Müharibəsində respublika aclıq içində boğulduğu illərdə Nizami adına kolxoz Laçın rayonunun və qonşu rayonların sakinlərinə dənli bitkilər satmışdır. II Dünya Müharibəsi gedən zaman aclıq illərində kənd sakinlərinə yağ, süd, pendir, ət, yun və dənli bitkilər əmək haqqı kimi bölünürdü. Sovetlər birliyi dönəmində Nizami adına kolxozun Moskva şəhərində kənd təsərrüfatı sərgisi də keçirilmişdir.
Vağazin kənd sovetinin sədri işləyənlər:
Şadmanov İbadulla Əhməd oğlu, Verdiyev Yusif Bayram oğlu, Qasımov Qasım Əkbər oğlu, Kərimov Mirzə Qənbər oğlu, Dünyamalıyev Məhərrəm Əli oğlu, Bayramov Şəmistan Yusif oğlu, Albəndəyev Mürsəl Əfqan oğlu, Bayramov Faxrədin Şəmisdan oğlu.
Vağazin kəndinin ovçuları: İbadov İsmayıl Cavad oğlu, Həsənalıyev Əsgər Məmməd oğlu, Mustafayev İdris Məcid oğlu, Quluyev Bulis İbrahim oğlu, Şahverdiyev Həsən Asdan oğlu, Haqverdiyev Əli Dünyamalı oğlu, Bağırov İmamxan Əsgər oğlu, Hüseyinov Cəlil Həsən oğlu, Aslanov Əlqulu Həsən oğlu.
Laçın rayonunda 1930-cu ildə 4 orta məktəb təşkil olunmuşdur. Bu məktəblərdən biri də Laçın rayonunun Vağazin kəndində idi.
Vağazin kəndindən ali təhsil alanlar: Mövlanverdiyev Mövlanverdi Bulud oğlu, Hümbətov Məhəmməd Binnət oğlu, Bayramov Şəmistan Yusif oğlu, Dünyamalıyev Məhərrəm Əli oğlu, Mahmudov Mahmud Kərim oğlu, Qasımov Nizami Bayram oğlu, Zilfi Biyət oğlu, Əkbərova Cavahir Sövdümalı qızı, Kərimov Məhəmməd Museyib oğlu, Kərimov Hüseyn Museyib oğlu, Bayramov Mirzə Yusif oğlu, Bayramov Vahid Yusif oğlu, Süleymanov Məhəmməd Əhməd oğlu.
Vağazin kəndində formalaşan tibb məntəqəsində uzun müdət həkim işləmiş Məhiyyəddin Süleyman oğlu hərzaman tibbi savadı ilə tək Vağazin kəndin deyil, ətraf kəndlərin əhalisində zamanına görə müayinə və müalicə edən həkim olmuşdur. Dərmanlarla yanaşı təbii bitgilərlə müalicə edərək insanları sağlamlığına qovuşdura bilirmiş. Bu cür özəlliklərinə görə hələ də, Məhiyyəddin həkim kənd əhalisinin xatirələrində yaşayır.
2009-cu il dekabr ayına olan məlumata əsasən, kənd əhalisinin sayı 1098 nəfərdir. Vağazin kəndi digər kəndlərimiz kimi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Cəlb edildiyimiz Qarabağ müharibəsində onlarla kənd sakini döyüşmüş, yaralanmış və şəhid olmuşlar. Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən şəhidlər: Baxşəli Məmmədbağır oğlu İsayev (1940-1992), Nadir Mikayıl oğlu İsayev (1964-1992), Əlövsət Həmid oğlu Sarıyev (1969-1992), Ələddin Süleyman oğlu Süleymanov (1959-1993), Nəsir Rəhim oğlu Nəsibov (1937-1992), Səməd Aydın oğlu Əmirov (1932-1992), Müzəffər Əfqan oğlu Qiyasov (1971-1992) və Ramiz Rəhim oğlu Musayev (1965-1992).
Laçın rayonun Milli Məclisdə təmsil edən millət vəkili Mahir Abbasov Tapdıq oğlu Vağazin kəndində doğulmuşdur.-Əslən Laçın rayon Güləbird kəndindəndir.
Vağazin kəndində orta məktəb, kitabxana, klub, tibb məntəqəsi və rabitə qovşağı camaatın istifadəsində idi.

Xaliq Rəşidoğlu Dünyamalıyev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26