Interposta.Info

Zəngin tarixə malik Qax rayon İlisu kəndi və ən yaşlı sakini - VİDEO

Müxtəlif / Manşet
 5-08-2021, 17:20     2 578

Qax rayonunun ən qədim kəndi ilə sizləri tanış edəcəyik

İnterPosta.info
-nun əməkdaşları rayonun İlisu kəndində səfərdə olublar. Səfər zamanı kəndin 300 ilə yaxın bir dövrüə əhatə edən tarixini araşdırmış və ən yaşlı sakini ilə həmsöhbət olmuşdur.

İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır.
Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala yəni indiki Orta Könə adlandırılan ərazidə yaşayan insanlar olmuşlar.
Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır.
Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili, isti və su sözlərindən düzəlib, "isti su" deməkdir.
Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.
Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir.
Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında 20 fevral 1987-ci ildə qərar qəbul etmiş və sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir.
Qeyd: Füsunkar təbiətə malik olması, kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması, 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması, ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması, bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s. xadimləri ilə zəngindir.
İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1585 metr yüksəklikdə, orta dağlığın meşə qurşağı ilə yüksək dağlığın çəmənlik landşaftı sərhədində yerləşir.
Kəntdə Ulu Məhcidi, Beş Bulaq, Qoçyataq (Nohur) gölü, Hamamçay dərəsində maraqlı şəlalə və müdafiyə məqsədi ilə üç qala mövcutdur.
XVIII əsirdə Sumaq qala inşa edilmişdir, XIX əsirdə Bürc qala və kəndin ən hündür dağ zirvəsində yerləşən Şamil qala inşa edilmişdir.
İndi sizi İlisu kəndinin ən yaşlı sakini ilə tanış edəcəyik.

İnterPosta.info 10 nəvəsi, 5 nəticəsi olan 92 yaşlı Qurbanov Qəzəli Qurban oğlunu təqdim edir:



















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26