Interposta.Info

Bu rayonda qarın qalınlığı 90 sm-ə çatıb -

Ölkə
 28-01-2017, 16:38     919

Bu rayonda qarın qalınlığı 90 sm-ə çatıb -


Qax rayonunda dağ kəndlərinə gedən yollar qardan təmizlənir.

Report-un məlumatına görə, dünən səhər saatlarından etibarən Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qax-Ləkit-Kötüklü, Qax-Qorağan-Zaqatala yollarında hərəkət məhdudlaşıb. İntensiv yağan qar nəticəsində Qax-İlisu-Sarıbaş yolunun bəzi yerlərində qar uçqunu baş verib. Gecə saatlarından Azəravtoyol ASC tərəfindən həmin ərazilərə texnikalar cəlb olunub. Hazırda həmin yollarda avtomobillərin hərəkəti tam təmin olunub.

Qaxın İlisu kəndində qarın qalınlığı 50-60, Sarıbaş kəndində isə 80-90 santimetrdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26