Cənubi Qaqazın 4 illik sirri açıldı - "Ölülərdən gələn mesajlar"
Arxeoloqlar Gürcüstan ərazisində yerləşən qədim kurqanlarda tapılan sirli oyma təsvirləri yenidən təhlil edərək belə nəticəyə gəliblər ki, bəzi simvollar təkcə ritual təsvirlər deyil, həm də dəfn tikililərinin inşası ilə bağlı qeydlər ola bilər.
Goldmedia.az xəbər verir ki, "Indian Defence Review” yazır.
Araşdırmanın nəticələri təxminən 4000 il əvvəl Cənubi Qafqazda yaşamış Orta Tunc dövrü icmalarının həyatına yeni işıq salır. Söhbət Zurtaketi bölgəsindəki kurqanlardan gedir. Bu abidələr XX əsrin ortalarında tədqiq olunub və qazıntılar zamanı dəfn kameralarına və keçidlərə yerləşdirilmiş yüzlərlə həkk olunmuş daş lövhə aşkar edilib.
Yeni analizlər göstərib ki, bu təsvirlər Cənubi Qafqazda 1500 ildən çox davam etmiş meqalitik incəsənət ənənəsinin bir hissəsidir.
Qədim ustaların təsvir etdiyi nə idi?
Lövhələr üzərində müxtəlif simvol və rəsmlər aşkarlanıb:
* ziqzaqlar, üçbucaqlar və spirallar;
* torşəkilli həndəsi naxışlar;
* maral və digər heyvan fiqurları;
* ev və ya daxmaların sxematik təsvirləri.
Alimlər bu motivlərin ritual və ya simvolik məna daşıdığını və Tunc dövrü insanların inancları ilə bağlı olduğunu güman edirlər.
Qədim işarələr "uçot qeydləri” ola bilər
Tədqiqatçıların diqqətini xüsusilə sayma nişanlarına bənzəyən xətlər çəkib.
Arxeoloq Levan Losaberidze bildirir ki, bu işarələr ayrı-ayrı ailələrin və ya qrupların kurqan tikintisinə verdiyi töhfəni qeyd etmək üçün istifadə oluna bilərdi. Əgər bu fərziyyə təsdiqlənsə, bu tapıntılar regionda kollektiv əməyin ən qədim uçot nümunələrindən biri sayıla bilər.
Qravürlər Ttrialeti mədəniyyəti ilə əlaqələndirilir. Bu mədəniyyət təxminən e.ə. 2000–1700-cü illərdə mövcud olub və mürəkkəb dəfn tikililəri, eləcə də yüksək səviyyəli metal emalı ilə tanınır.
Tədqiqatçılar oxşar motivlərin müasir Ermənistan və Azərbaycan ərazilərində də tapıldığını bildirir ki, bu da Cənubi Qafqazda ortaq mədəni ənənələrin geniş yayıldığını göstərir.
Alimlər vurğulayır ki, nəticələr hələ ilkin xarakter daşıyır. Qazıntı materiallarının böyük hissəsi itirildiyi üçün araşdırma əsasən arxiv foto və eskizlərə əsaslanıb.\qaynarinfo.az
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




