Interposta.Info


"Sabah" bu futbolçunun transferinə 720 min manat xərcləyib

İdman
 Bu gün, 15:03     76

"Sabah"ın Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubundan transfer etdiyi Eyden Makkarti üçün ödədəyi məbləğ açıqlanıb.
Goldmedia.az xəbər verir ki, bu barədə "African Times" yazıb.
Məlumata görə, Azərbaycan klubu futbolçu üçün 7 milyon rand (təxminən 723 min manat) ödəyib. Tərəflər arasındakı razılaşmaya əsasən, futbolçu gələcəkdə başqa kluba satılsa, CAR klubu transferdən 10 faiz pay alacaq.
"Sabah" tərəfindən edilən müraciətdən sonra Eydeni buraxmaq barədə razılığa gəldiyimizi təsdiqləyə bilərik. Onun gələn mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində oynayacağı üçün qürur duyuruq. Eydenin bayrağımızı Avropada uca tutacağını bilirik və onun dünya səviyyəsində inkişafını səbirsizliklə gözləyirik", deyə "Kayzer Çifs"in idman direktoru Kayzer Motaunq Jr sayta bildirib.
Qeyd edək ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu "Kayzer Çifs” klubunun yetirməsidir. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdür.\qaynarinfo.az
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26