Baxımsız, unudulmuş, biganəliyin məhəlləsi: Şirvanda "Demanlı" sakinlərinin səsini eşidən yoxdur (VİDEO)
Baxımsız, unudulmuş, biganəliyin məhəlləsinin səsini eşidən yoxdur?
Şirvan şəhərinin abadlaşan küçələri və yenilənən siması fonunda elə bir ərazi var ki, sanki zaman orada dayanıb. Vidadi küçəsinin "Demanlı" adı ilə tanınan ərazisinin sakinləri uzun müddətdir ki, baxımsızlıqdan, infrastruktur problemlərindən və aidiyyəti qurumların biganəliyindən əziyyət çəkirlər.
Şəhərin dörd bir tərəfində təmir-bərpa və abadlıq işləri aparılsa da, bu məhəllə nədənsə diqqətdən tamamilə kənarda qalıb.
Yay fəslinin gəlişi digər yerlərdə sevinclə qarşılansa da, "Demanlı" sakinləri üçün bu, növbəti bir çətinliklər mövsümünün başlanğıcı deməkdir. Sakinlər mövcud vəziyyəti "Yay gəldi, məhəlləyə vay gəldi" ifadəsi ilə xülasə edirlər.
Məhəllədəki əsas problemlər sakinlərin gündəlik həyatını dözülməz həddə çatdırıb:
Asfalt örtüyünün olmaması səbəbindən yay aylarında yaranan güclü toz-torpaq pəncərələri açmağa imkan vermir.
Küçələrin kələ-kötür və bərbad vəziyyətdə olması həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirir.
Şəhərin digər hissələrindəki yenilənmə işləri fonunda bu ərazinin unudulması sakinlər arasında ciddi və haqlı narazılığa səbəb olur.
Sakinlərin uzunmüddətli müraciətlərinin nəticəsiz qalması məsələni ictimailəşdirmək zərurəti yaradıb.
Sakinlərin səsinə səs vermək, onların üzləşdiyi bu biganəliyi işıqlandırmaq hər bir medianın borcudur. Ümid edirik ki, Şirvan Şəhər İcra Hakimiyyəti və müvafiq dövlət qurumları bu çağırışa tez bir zamanda reaksiya verəcək, "Demanlı" ərazisində də gözlənilən abadlıq işlərinə start veriləcəkdir.
Goldmedia.az mövzu ilə bağlı şikayətçi şəxslərin video-müraciətlərini və ərazidən faktiki görüntüləri təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



