Interposta.Info

Təyyarə UNO ilə toqquşmaq təhlükəsi yaşayıb - VİDEO

Müxtəlif
 23-01-2021, 10:07     515

Sürix hava limanında yerə enməyə hazırlaşan təyyarənin sərnişinləri qorxulu anlar yaşayıblar. Belə ki, təyyarə səmada uçan naməlum obyekt ilə qarşılaşıb.

Sərnişinlərdən biri bu dəhşətli anları videoya çəkib.

Kadrlarda Sinqapurdan gələn hava gəmisinin enişə hazırlaşdığı görünür. Təyyarənin şassiləri artıq açılıb. Birdən təyyarə yana əyilməyə başlayır və uçan naməlum obyekt onun bir metrliyindən ötüb keçir.

Sonrada məlum olub ki, təyyarənin əyilməsi məhz bu obyektlə toqquşmadan yayınmaq məqsədi daşıyıb. Pilotlar uzaqdan yaxınlaşan naməlum obyekti görərək, son anda onunla toqquşmadan yayına və sərnişinlərin həyatını xilas edə biliblər.

Təyyarə sağ-salamat yerə enib. Hazırda müvafiq qurumlar məsələ ilə bağlı araşdırma aparır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26