Interposta.Info

Bakıdan Dubaya uçan təyyarə artıq havaya qalxıb

Ölkə
 27-07-2019, 08:47     10 369

00:39

“Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüş edərək Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş üçün icazə istəyib.

Hava limanından APA-ya verilən məlumata görə, Airbus A319 təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.

Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportuna normal eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.

Ekipaj üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.

Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəyi bildirilib. Uçuşun dəqiq vaxtı açıqlanmayıb.

***

Bakıdan Dubaya uçan təyyarə artıq havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından APA-ya verilən məlumata görə, uçuş yerli vaxtla 01:53-də həyata keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26