Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş etdi
Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib.
"İnterPosta.info" APA-ya istinadən xəbər verir ki, bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.
Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da "Fly Dubai” hava yollarına məxsus "737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.
O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.
E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26