Türkiyədə təyyarə qəzaya uğradı:

İstanbulda Atatürk hava limanında özəl təyyarə qəzaya uğrayıb.
Axar.az "Hürriyyət"ə istinadla xəbər verir ki, təyyarənin eniş zolağından çıxaraq qəzaya uğradığı və yanmağa başladığı bildirilir. Yanğın artıq söndürülüb. Qəza zamanı təyyarənin kapitanı ölüb, 4 nəfər isə yaralanıb. Yaralıların xəstəxanaya aparıldığı vurğulanır.
Təyyarənin Türkiyənin iş adamlarından birinə aid olduğu iddia edilir.
Hava limanına nəqliyyatın girişi bağlanılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26