Interposta.Info

Ölkə prezidentinin təyyarəsi radardan itdi

Dünya
 11-10-2019, 13:10     10 440

Konqo Demokratik Respublikasında göyərtəsində 8 nəfər olan "An-72” hərbi təyyarəsi radarlardan itib.

Ölkənin Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.

Məlumata görə, radarlardan itən hava gəmisi ölkə prezidenti Feliks Çisekedinin xidməti təyyarəsidir. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb.

O, "Twitter” hesabında yazıb ki, təyyarə Konqonun Qoma hava limanından Kinşasu şəhəri istiqamətində uçurmuş. Təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 4 sərnişin olub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26