Interposta.Info

Göyərtəsində 62 sərnişinin olduğu təyyarə qəzaya uğradı (YENİLƏNİB)

Dünya
 9-01-2021, 17:57     517

İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxdıqdan sonra radarlardan itən və suya düşən "Boeing 737-500" təyyarəsindəki sərnişinlərin sayı açıqlanıb.

''İnterPosta'' yerli mediaya istinadən Qərbi Kalimantan bölgəsindəki Pontianak şəhərinə uçan təyyarədə 62 nəfər olub. Onlardan 56-sı sərnişin, 10-u ekipaj üzvləridir.

Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi bölgədə axtarış-xilasetmə işləri aparır. Artıq təyyarənin qalıqları və ölənlərin meyitləri aşkar edilib.

15.49

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sinxua” yerli TV-yə istinadən məlumat yayıb.

Bildirilib ki, sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.

Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.

15.25

İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib.

''İnterPosta'' xəbər verir ki, təyyarə "Sriwijaya Air”ə məxsusdur.

Məlumata görə, hava gəmisi Cakarta-Pontianak reysini həyata keçirirmiş. "Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var.

İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib.

"FlightRadar24"ün xəbərin görə, əlaqənin kəsildiyi təyyarə 27 il əvvəl istehsal olunub. Təyyarə Cakartadan havaya qalxdıqdan 4 dəqiqə sonra əlaqə kəsilib

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26