Interposta.Info

Efiopiyada təyyarə qəzasında 19 ölkənin vətəndaşının öldüyü açıqlanıb

Ölkə
 11-03-2019, 11:19     10 378

Efiopiyada təyyarə qəzasında 19 ölkənin vətəndaşının öldüyü açıqlanıb

Bu gün Efiopiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin məxsus olduğu “Ethiopian Airlines Group” aivaşirkətinin nümayəndəsi Əddis-Əbəbədə keçirilən mətbuat konfransında bildirib ki, qəzada 149 sərnişin və 8 heyət üzvü həyatını itirib.

Qəzada ölənlərin 18-i Kanada, 9-u Efiopiya, 8-i İtaliya, 8-i Çin, 8-i ABŞ, 7-i Böyük Britaniya, 7-i Fransa, 6-ı Misir, 5-i Hollandiya, 4-ü Yeni Zelandiya, 4-ü Hindistan, 4-ü Slovakiya, 3-ü Avstriya, 3-ü İsveç, 3-ü Rusiya, 2-i Mərakeş, 2-i İspaniya, 2-i İsrail, 1-i Belçika vətəndaşıdır. Üç sərnişində isə BMT pasportları olub, onların milliyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün səhər Efiopiyada göyərtəsində 157 sərnişinin olduğu “Boeing 737” təyyarəsi qəzaya uğrayıb. Əddis-Əbəbədən Keniyaya Nayrobi şəhərinə uçan təyyarə yerli vaxtla saat 08:44 radələrində Oromiya regionunda, Debre-Zeyt yaşayış qəsəbəsi yaxınlığında yerə çırpılıb. Qəzada sağ qalan olmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26