Interposta.Info

Təyyarə qəzasında ölənlər arasında nazir və siyasətçinin ailə üzvləri də olub

Dünya
 10-03-2019, 19:52     10 369

Efiopiya hava yollarına məxsus sərnişin təyyarəsində ölənlərlə bağlı yeni məlumatlar ortaya çıxıb.

İnterPosta.info
qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ölənlər arasında slovakiyalı siyasətçinin həyat yoldaşı və oğlu da olub. Nəşr rəsmi məlumatdan əvvəl ana və oğulun adını açıqlamayacağını bəyan edib.

İtaliya nəşrlərinin yazdığına görə, ölən İtaliya vətəndaşlarından biri də Siciliya əyalətinin naziri olub.

Əyalətin mədəni irs və milli identiklik işləri üzrə naziri Sebastyano Tuza ötən ilin aprelindən bu postda çalışıb. O, eyni zamanda regionun dəniz departamentinin rəhbəri olub. Dünya şöhrətli arxeoloq və paleontologiya professoru olan Tuza UNESCO layihəsi çərçivəsində Keniyaya yola düşmüşdü.

****
Efiopiya Hava Yollarına aid Boeing 737 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 149 sərnişin və 8 ekipaj üzvü həlak olub.

Əddis-Əbəbədən Keniyanın Nayrobi şəhərinə uçan təyyarə hava qalxdıqdan 6 dəqiqə sonra Əddis Əbəbənin 62 km cənub-şərqində düşüb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26