Interposta.Info

Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan gəmi qəzaya uğrayıb9

Dünya
 2-07-2022, 19:15     324

Göyərtəsində 30 nəfərin olduğu mühəndis gəmisi şənbə günü Cənubi Çin dənizində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, South China Morning Post qəzetinin yaydığı məlumata görə, “Caba” fırtınasının episentrində olan gəmi yarıya bölünüb.

Hadisənin Honkonqdan 300 kilometr cənub-qərbdə baş verdiyi bildirilir. ÇXR-in xüsusi inzibati rayonunun hakimiyyət orqanları dənizçiləri xilas etmək üçün təyyarə və bir neçə helikopter göndərib. Lakin mürəkkəb hava şəraiti səbəbindən əməliyyat mürəkkəbləşib: fəlakət zonasında görünmə məsafəsi 500 metrdən çox deyil, dalğanın hündürlüyü isə 10 metrə çatır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26