Interposta.Info

Göyərtəsində azərbaycanlıların olduğu gəmi itdi

Ölkə
 25-01-2018, 10:37     10 463

Yapon dənizində "Vostok" balıqçı gəmisi itib.

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, rabitə əlaqəsi kəsilən gəminin göyərtəsində 21 nəfər var. Onlar Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarıdır.

Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.

Gəminin Cənubi Koreyadan Xolms limanına gəldiyi bildirilirdi.

Hadisə ilə bağlı mətbuata açıqlama verən Saxalin vilayətinin meri Anatoli Makoedov gəminin tapılması ehtimalının yüksək olduğunu bildirib.

"Axtarış sahəsindən keçən "Diomid" gəmisinin ərazidə zibil və buy gördüyü ilə bağlı məlumatlar yayılmışdı. Biz gəminin rəhbərliyi ilə əlaqə saxladıq. Lakin bu məlumatlar öz təsdiqini tapmadı. Buna görə hələlik hər hansısa bir fərziyə irəli sürmək düzgün olmaz. Axtarışların nəticələrini gözləmək lazımdır. Amma ekspertlər qeyd edirlər ki, itən gəminin tapılması ehtimalı çox yüksəkdir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26