Interposta.Info

İçində azərbaycanlıların da olduğu "Vostok" gəmisinin geniş axtarışlarına başlanılıb

Dünya
 27-01-2018, 09:12     10 447

Yapon dənizində yoxa çıxmış və göyərtəsində iki azərbaycanlının da olduğu "Vostok" balıqçılıq gəmisinin sahibi "Okean" adlı digər gəmisini axtarışlara cəlb edib.

“Report” xəbər verir ki, bu barədə "DV-Flot" şirkətinin direktoru Stanislav Malçevskiyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Gəmi artıq axtarışlara qoşulub, o, xilasedicilərlə əlaqə saxlayaraq axtarış qrupuna daxil olub və Dəniz Xilasedici-Koordinasiya Mərkəzinin göstərişi ilə axtarış nöqtəsinə istiqamət alıb", - deyə o bildirib.

"Okean" axtarış ərazisindən 600 mil aralıdadır və gəmi 5 dəniz mili sürəti ilə gedir. Malçevski bildirib ki, şaxta səbəbindən gəminin buz bağlama riski var.

Eyni zamanda səhər saatlarından gəminin havadan axtarışlarının bərpa olunduğu xəbər verilib. Havadan axtarışlarda "Mi-8" vertolyotları və "Be-200" təyyarələri, həmçinin FHN-in Krasnoyarsk mərkəzindən bir təyyarə iştirak edir.

Son məlumatlara görə, gəmidə 20 heyət üzvü olub. Onlardan ikisi azərbaycanlı olmaqla, 11 Rusiya vətəndaşı, digərləri isə Moldova və Ukrayna vətəndaşlarıdır. Gəmidəki azərbaycanlılar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.

Gəmi ilə əlaqə yanvarın 25-də qəza siqnalından sonra itib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26