Interposta.Info

Niderland Ukrayna üçün onlarla "Leopard-1" tankı almağı planlaşdırır

 

Dünya
 2-06-2023, 14:35     245

Niderland hökuməti Ukraynaya təhvil vermək üçün onlarla "Leopard-1" tankı almaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə NOS teleradio şirkəti məlumat yayıb.

Qeyd olunur ki, İsveçrə şirkəti tankların tədarükçüsü ola bilər. Bu barədə teleradio şirkətinə Haaqadakı mənbələr məlumat verib. Eyni zamanda, avadanlıq almaq üçün İsveçrə hökumətindən icazə almaq lazımdır, ancaq hələlik bu ölkə yaxasını kənara çəkir.

Bir qədər əvvəl İsveçrədə bildirilmişdi ki, silah tədarükü ölkənin neytrallığını təhlükə altına qoyur. Beləliklə, "Leopard 1" tanklarının alınması ilə bağlı müqavilə hələ bağlanmayıb. Bundan əlavə, bu tankların neçəyə başa gələcəyi hələlik məlum deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26