Interposta.Info

Almaniya hakimiyyəti Ukraynaya 178 ədəd Leopard-1 tankının çatdırılmasını rəsmən təsdiqlədi

Dünya
 8-02-2023, 14:39     223

Almaniya Müdafiə Nazirliyi Kiyevə 178 Leopard 1A5 tankı tədarük etmək qərarını rəsmən təsdiqləyib.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, müvafiq bəyanatı Almaniyanın Müdafiə Nazirliyi yayıb.

Bəyanatda qeyd edilir ki, tanklar "qanuni özünümüdafiə məqsədilə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqda <...>” çatdırılacaq.

Aydınlaşdırılır ki, Almaniya Nazirlər Kabineti bu tədarükün siyasi təsdiqini ötən həftə artıq elan edib, bundan sonra "lazımi rəsmi təsdiq mərhələləri” keçib.

"İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi rəsmi lisenziyalaşdırma orqanı olaraq alman hərbi şirkətlərinə 178-ə qədər Leopard 1A5 əsas döyüş tankını Ukraynaya ixrac etmək üçün lisenziya verib. Ukraynaya faktiki olaraq neçə Leopard 1A5 əsas döyüş tankının çatdırılacağı lazımi təmirdən asılıdır "deyə Almaniya Müdafiə Nazirliyi qeyd edib.

Nazirlik əlavə edib ki, tankların maliyyələşdirilməsi və təmiri, həmçinin Ukrayna hərbçilərinin təlimi Almaniyanın Avropadakı tərəfdaş ölkələri ilə sıx əlaqələndirmə əsasında həyata keçirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26