Interposta.Info

Türkiyənin "Baykar Makina" şirkətindən Ukraynaya böyük jest

Dünya
 28-06-2022, 12:43     336

Türkiyənin "Baykar Makina" şirkəti Ukraynaya daha üç Bayraktar TB2 pilotsuz uçuş aparatını pulsuz tədarük etmək niyyətində olduğunu açıqlayıb.

"İnterPosta" xəbər verir ki, bundan əvvəl mətbuat Ukraynada Türkiyənin 3 ədəd Bayraktar TB2 PUA-nın alınması üçün vəsaitin toplanması kampaniyasının keçirildiyini qeyd etmişdi.

Eyni zamanda, RİA Novosti xatırladır ki, ötən həftə Türkiyə prezident administrasiyasının müdafiə sənayesi şöbəsinin rəhbəri İsmayıl Dəmir ölkəsinin Ukraynaya silah tədarükündə daha ehtiyatlı davrandığını bildirib. Türkiyənin Ukraynaya silah, xüsusən də Bayraktar TB-2 pilotsuz uçan aparatları ilə tədarük etməyə davam edib-etməməsi ilə bağlı suala Dəmir "nəsə baş verir” deyib.

Onu da əlavə edək ki, iyunun 6-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ukraynaya "bütün sahələrdə” dəstəyini davam etdirəcəyinə əmin edib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26