Interposta.Info

Selçuk Bayraktar Ukraynaya dəstəyini bəyan etdi

 

Dünya / Paradoks
 26-02-2022, 01:17     1 038

"Rusiyanın müstəqil bir xalqın suverenliyini heçə sayaraq, qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm”.

"İnterPosta" xəbər verir ki, bunu Türkiyənin "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitterdə yazıb.

"İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krım və Ukraynanı dəstəkləyirəm”, - o qeyd edib.

"Dünyada baş verənlər açıq şəkildə göstərir ki, milli texnologiya ilə güclü və müstəqil müdafiə sənayesi xalqlar üçün həyati əhəmiyyət kəsb edir. Tam müstəqil, güclü və firavan Türkiyənin yeganə yolu Milli Texnologiyanın inkişafıdır”, - o əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26