Interposta.Info

Türkiyədən kritik Ukrayna mesajı: “İndi daha diqqətliyik”
 

Ölkə
 21-06-2022, 23:03     247

Müdafiə sənayesi naziri İsmayıl Dəmir Türkiyənin son dövrlərdə Ukraynaya silah satışı ilə bağlı daha diqqətli olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Wall Street Journal”a müsahibəsində danışıb.

Son zamanlarda Ukraynaya silah satışında daha diqqətli olduqlarını deyən Dəmir Türkiyənin Kiyev və Moskvanı masaya dəvət edə biləcək yeganə ölkə olduğunu qeyd edib:

“Türkiyə hər iki tərəfi sülh masasına çağıra bilən yeganə ölkədir. Bir tərəfə çoxlu silah göndərərkən bunu necə edə bilərsiniz? TB2 ilə bağlı proseslər davam edir, amma indi bu mövzuda çox diqqətliyik. Məsələn, Ukraynaya şəxsi qoruyucu vasitələri satmaqdan çəkinmirik. Hər iki tərəflə danışa bilməliyik. Güvən yaratmaq üçün hər iki tərəfə kifayət qədər yaxın olmalıyıq. Prioritetimiz sülhün bərqərar olmasıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26