Interposta.Info

Bloomberg: Rusiya-Türkiyə liman razılaşması Ukraynaya sərf etmir

Dünya
 7-06-2022, 11:39     428

Türkiyə və Rusiya Odessada yerləşən əsas Qara dəniz limanından Ukrayna kənd təsərrüfatı məhsullarının daşınmasını bərpa etmək üçün ilkin razılığa gəlib, lakin Kiyev təklif olunan razılaşmaya şübhə ilə yanaşır.

"İnterPosta"xəbər verir ki, bu barədə Bloomberg müzakirələrlə tanış olan mənbələrə istinadən xəbər verir.

Mənbələrə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti Odessa sahil zolağının minalardan təmizlənməsi və taxıl gəmilərinin müşayiəti üçün hərbi yardım təklif edib, lakin Ukrayna hərbi müdafiə vasitələrinin çıxarılmasının həyati əhəmiyyətli limanı Rusiya hücumuna açıq qoya biləcəyindən ehtiyat etdiyi üçün planı hələ təsdiqləməyib”. Türkiyə ümid edir ki, bu sazişin BMT tərəfindən təsdiqlənməsi Kiyevə bu qorxulardan qurtulmağa kömək edəcək.

Bloomberg-in məlumatına görə, Rusiya həmçinin Ukraynaya gedən gəmilərin silah-sursat üçün yoxlanılmasına icazə verilməsini tələb edir, buna isə Kiyev müqavimət göstərir.

Xatırladaq ki, daha əvvəl Türkiyə Ukrayna taxılını dəniz yolu ilə ixrac etməyi təklif etmişdi, lakin vurğulamışdı ki, ilk növbədə su ərazisini minalardan təmizləmək və "dəhliz yaratmaq” lazımdır.

Bundan əvvəl Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski ölkə limanlarında 1,5 milyon tona yaxın taxılın bağlandığını bildirmişdi.

Bu arada Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyanın Ukrayna taxılının ixracına "icazə verməməsi” ilə bağlı ittihamlarını rədd edib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26