Interposta.Info

Türkiyənin Ukraynaya S-400 hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməsini tövsiyəsinə cavab gəldi

Dünya
 28-03-2022, 12:15     292

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Amerikanın “The Wall Street Journal” qəzetində dərc olunan və Türkiyənin Ukraynaya S-400 hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməsini tövsiyə edən məqaləyə “Bu fikir heç də real deyil” fikri ilə cavab verib.

"İnterPosta" xəbər verir ki, martın 18-də “The Wall Street Journal” qəzetində dərc olunan məqalədə “Türkiyənin Ukraynaya “S-400” hava hücumundan müdafiə sistemi göndərməklə atacağı addımın Ukraynanın təcili ehtiyacını ödəyəcəyi, həmçinin ABŞ-ın Türkiyəyə “Patriot” zenit-raket kompleksləri satışı və Türkiyənin F-35 proqramına yenidən daxil edilməsinə zəmin yaradaraq ABŞ-Türkiyə münasibətlərini düzəldəcəyi bildirilib.

Məqalə ilə bağlı verdiyi açıqlamasında sözügedən ideyanın heç də real olmadığını, ancaq Türkiyənin son illərdə Qərblə yaşadığı problemləri müzakirə etmək üçün bir fürsət verdiyini bildirən Altun Türkiyənin Rusiyadan S-400 alması qərarı ilə bağlı ABŞ tərəfindən verilən bütün açıqlamalarda Türkiyənin əvvəlcə ABŞ-la görüşdüyünü lakin ABŞ-ın “Patriot” zenit-raket kompleksləri satmaqdan imtina etdiyinin görməməzliyə vurulduğuna diqqət çəkib.

Türkiyənin dünyanın ən təhlükəli və qeyri-sabit bölgələrindən birində yerləşdiyini vurğulayan Altun “Üzləşdiyi təhdidlər və ABŞ-ın rədd cavabı sehrli şəkildə aradan qalxmadığı üçün Türkiyə alternativ sistemlər axtarmalı oldu. Bunu sabiq prezident Donald Tramp da vəzifədə olarkən bunu qəbul etmişdi. Ona görə də o zaman Türkiyənin Patriot almaq variantı aradan qaldırıldı. Bundan əlavə, Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin son həddə çatdığı bir vaxtda müttəfiqlərimizin ölkəmizdən “Patriot” zenit-raket komplekslərini necə çıxardığını hələ unutmayıb. Bu təcrübələrə görə Türk xalqı artıq “Patriot”ların tədarükü ilə bağlı Qərbin verdiyi heç bir “qeyri-rəsmi öhdəliyi” ciddi qəbul etmir. Türkiyənin siyasi səbəblərə görə F-35 proqramından qeyri-qanuni olaraq kənarlaşdırılması, Türkiyəyə mükafat olaraq təqdim edilən “proqrama təkrar qatılmaq” ideyasını ciddi qəbul etməsini də çətinləşdirir”, - deyə bildirib.

Türkiyənin Qərbin bütün mane olma cəhdlərinə baxmayaraq hazırda Ukraynanın da inventarında yer alan “Bayraktar” pilotsuz uçuş aparatını dizayn edib istehsal etdiyini qeyd edən Altun “Məsələn, Kanada Türkiyəyə silah satışını qadağan etdi. Lakin NATO müttəfiqləri arasında müdafiə sahəsində əməkdaşlığın mənasız şəkildə siyasiləşdirilməsi, Türkiyənin xarici dövlətlərdən asılılığını azaldıb və türk şirkətlərini yeniliklər etməyə sövq edib.”, - deyib.

Altun 70 illik NATO müttəfiqi və bir çox kritik bölgədə stabilləşdirici aktyor olan Türkiyə ilə münasibətlərin normallaşmasının Qərbin və xüsusilə ABŞ-ın üzərinə düşdüyünü vurğulayaraq bunları bildirib:

"Avropa Birliyinə üzvlüyünü strateji məqsəd, NATO müttəfiqliyini qürur mənbəyi kimi görən Türkiyə Qərbdən layiq olduğu dəstəyi alacağını gözləyir. Bu münasibətləri bərpa etmək üçün qeyri-rəsmi təkliflər deyil inam artırıcı addımlar lazımdır. Qərbin bu gün etməsi lazım olan F-35 döyüş təyyarələri və Patriot zenit-raket komplekslərini ilkin şərt olmadan Türkiyəyə çatdırmaqdır"./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26