Interposta.Info

Türkiyənin müdafiə naziri:

---
 14-06-2018, 19:22     10 447

ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etmək niyyəti təhlükəli və şübhəlidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Nazir bildirib ki, prinsipcə Birləşmiş Ştatların Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina etmək haqqı yoxdur, çünki Türkiyə NATO-nun üzvüdür:

"100 ədəd F-35 qırıcısı almaq üçün Türkiyə 11 milyard dollar xərcləyəcək. İndiyədək biz 800 milyon dollardan çox vəsait xərcləmişik".

Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara 100-ə yaxın F-35 qırıcısının tədarükünü razılaşdırıblar. Belə ki, Türkiyə hökuməti və "Lockheed Martin" şirkəti arasında müvafiq müqavilə 2017-ci ildə imzalanıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Demokaratik Partiyasının nümayəndələri Türkiyəyə 5-ci nəsil F-35 qırıcılarının tədarükündən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Onlar buna səbəb kimi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını göstəriblər.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan edib ki, əgər Vaşinqton razılaşmadan imtina etsə, Türkiyə hakimiyyəti cavab tədbirləri görəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26