Interposta.Info

Çavuşoğlu: "S-400"ləri anbarda toz basması üçün almamışıq

Siyasət
 28-11-2019, 09:44     368

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb.

Türkiyə Rusiya istehsalı olan "S-400" zenit-raket sistemlərini anbarlarda onları toz basması üçün almayıb. Ankaranın bu hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Somalidən olan həmkarı İso Avadla Ankarada keçən görüşün yekunları barədə mətbuat konfransında bildirib.

"Bizim bu məsələdə mövqeyimiz aydındır. Biz dialoqa hazırıq, lakin bizə təzyiq qəbuledilməzdir", - deyə bildirən Çavuşoğlu Türkiyənin suverenliyinə hörmət etməyə çağırıb.

Türkiyəli nazir ABŞ-dan "Patriot" komplekslərinin alınması imkanını da istisna etməyib: "Əvvəlcə ABŞ tərəfi bu məsələdə pozitiv yanaşma sərgilədi, lakin hələ də zəmanətlər yoxdur. Əgər ABŞ tərəfi Konqres tərəfindən müqavilənin təsdiqlənməsinə nail olsa və Türkiyə üçün məqbul şərtlərdə zenit-raket komplekslərinin tədarükünü təmin edə bilsə, onda Ankara bu məsələni nəzərdən keçirməyə hazırdır".

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26