Interposta.Info

Türkiyənin müdafiə naziri:

Ölkə
 28-09-2017, 15:12     10 418

“Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”.

APA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə bütün sahələrdə gücünü birləşdirir: “Biz müdafiə sənayesi sahəsində də birgə hərəkət edirik. Azərbaycan və Türkiyənin milli silah sistemlərini inkişaf etdirməsi lazımdır. Bu, torpaqlarımızı müdafiə etmək üçün vacibdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26