Interposta.Info

Türkiyənin müdafiə naziri: "Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq"

Ölkə
 28-09-2017, 13:21     10 173

"Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması vacibdir".

APA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq.

"Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib.

Ona görə də müdafiə sənayesi sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26