Interposta.Info

NATO Ukraynaya HHM sistemləri verəcək

Dünya
 25-02-2022, 23:00     440

NATO Ukraynaya hava hücumundan müdafiə silahları verəcək.

"İnterPosta" apa-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Yens Stoltenberq deyib ki, NATO ölkələri Ukrayanaya praktiki dəstək veriblər və dəstək verməyə davam edirlər. "Bu gün də NATO-nun mütttəfiqləri Ukraynaya praktiki dəstəyin verilməsi, müxtəlif hərbi müdafiə ləvazimatlarının göndərilməsi barədə razılığa gəldi. Qeyd edim ki, bunların arasında hava hücumundan müdafiə silahları da var", - Stoltenberq bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26