Interposta.Info

NATO-dan Qarabağla bağlı -

Gündəm
 27-02-2017, 21:05     852

NATO-dan Qarabağla bağlı -

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan Prezidenti Serj Sərkisyanla görüşdən sonra bildirib.

“Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”, - deyə Y.Stoltenberq qeyd edib.

O, həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26