Interposta.Info

Çavuşoğlu NATO Baş Katibinə: “Azərbaycan dəstək istəsə düşünmədən verəcəyik”

Siyasət
 5-10-2020, 17:03     521

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Baş Katibi Yens Stoltenberq ilə XİN ofisində görüşüb.


"İnterPosta" TRT Haber-ə istinadla xəbər verir ki, Çavuşoğlu və Stoltenberq görüşdən sonra açıqlama veriblər.


Nazir Çavuşoğlu Stoltenberq ilə görüşündə Qarabağ, Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı prosesləri müzakirə etdiklərini bildirib:


"Ermənistan birbaşa mülki insanları hədəf alır. Bu, hərbi cinayətdir. Minsk Qrupundan Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir. Bu problemi həll etmək üçün yaradılan Minsk Qrupu obyektiv olmalıdır.


Biz NATO olaraq Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünə gəldikdə bu ölkələri dəstəkləyirik. Niyə Ermənistana və Azərbaycana gəldikdə Ermənistanı Azərbaycan torpaqlarından geri çəkilməyə çağırmırıq? Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Ermənistan 30 ildir işğaldan zövq alır. Ermənistan haradansa cəsarət tapıb Azərbaycana hücum edir. Azərbaycan öz ərazisində mübarizə aparır. Mövqeyimiz dəqiq və qətidir. Hər kəs, xüsusən də NATO Ermənistanı Azərbaycan ərazilərindən çəkilməyə çağırmalıdır. Hazırda Azərbaycan Türkiyədən dəstək istəməyib. Ancaq istərlərsə, tərəddüd etmədən dəstək verəcəyimizi söylədik”, - Çavuşoğlu deyib. /qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26