Interposta.Info

BMT baş katibi: "Həmsədr ölkələrin Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırıq"

Gündəm
 18-03-2017, 14:38     549

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsini təşviq edirlər”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quttereş martın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə bildirib.

A.Quterreş deyib ki, BMT ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırdır.

Məlumata görə, tərəflər dünyadakı münaqişə bölgələrindəki vəziyyəti də müzakirə ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26