Interposta.Info

NATO Qarabağda baş verənləri müzakirə edəcək

Siyasət
 30-11-2020, 23:27     478

NATO-nun xarici işlər nazirləri dekabrın 1-2-də videokonfrans formatında keçiriləcək Şimali Atlantika Şurasının iclasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.

TASS xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Nazirlər Rusiyanın Alyans ətrafında hərbi fəallığının genişləndirilməsinə cavab olaraq daha nələr edə biləcəyimizi müzakirə edəcəklər. Rusiya nüvə arsenalını müasirləşdirir və yeni raketlər buraxır, uzaq şimaldan Liviya və Suriyaya qədər yeni qüvvələr ortaya qoyur. Biz, həmçinin Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunu artırdığını görürük", - deyə NATO Baş katibi vurğulayıb./unikal.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26