Sabah Brüsseldə İlham Əliyevlə NATO-nun Baş katibi arasında görüş olacaq

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
"İnterPosta" xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.
Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.
Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.
Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26