Interposta.Info

Britaniyadan Ukraynaya dəstək – Hərbi yardım

Dünya
 2-09-2017, 20:26     10 714

Böyük Britaniya bundan sonra da Ukraynaya hərbi dəstək verəcəyinə söz verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən rəsmi saytı bəyanat yayıb.

“Böyük Britaniyanın Silahlı Qüvvələrinin rəisi Mark Lankaster Ukrayna Silahlı Qüvvələrinin inkişaf dinamikasını müsbət qiymətləndirib və Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyi davam etdirəcəyini bildirib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Mark Lankasterlə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Viktor Mujenkonun görüşü zamanı strateji əməkdaşlıq və Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26